(“Uşaq nəğmələri” Kitabdan seçilmiş)
(“Uşaq nəğmələri” Kitabdan seçilmiş)

✍️Həbib Fərşbaf Aqayi De o nə dir? Ulduzların arasından Mənə baxır yana-yana Mən qaçanda oda qaçır Dığırlana-dığırlana Mən gedəndə o da gedir Mən duranda oda durur Neçə saat oynayırıq

Nə tövşəyir, nə yorulur
O gələndə göyün üzü
Ulduz-ulduz çiçək açır
Növbə-növbə günəş ilə
Yer üzünə şafaq saçır
O gələndə günəş gedib
“Gün batan”da sönüb, batır
Günəş gələcək, oda gedib
Dağ dalında girib yatır.