#Təbriz-in vadi rəhmət məzarlığına Korona məhdudiyyətləri geri qaytarıldı / toplantılar yasaqlandı
 #Təbriz-in vadi rəhmət məzarlığına Korona məhdudiyyətləri geri qaytarıldı / toplantılar yasaqlandı

Asaxəbər: Təbriz bələdiyyəsinin məzarlıq təşkilatının baş müdüri bildirdi: COVID19 virusunun yenidən yoluxması və Koronadan ölmələrin artmadından dolayı, Təbrizin vadi rəhmət məzarlığında yenidən məhdudiyyətlər qoyulub, toplantılar yasaqlandı. Təbriz bələdiyyəsinin məzarlıq təşkilatının baş müdüri artırdı: bu əsasda, tərhim və təziyə mərasimlərinin keçirilməsi yasaqlandı, ayrıca ölüləri təşii edib quylamaq da ölənlərin az sayıda birinci dərəcə yaxınları üçün mümkün olacaq.

 

Fərrux Cəlali dedi, az sayıda əqrəbanın da Meyit namazı, təşii və quylama mərasimində şirkət etmələrinin şərti, mask qullanmaq və sosiyal məsafənin qorumaq ilə mümkün olacaq. O dedi: güvənlik məmurları və polislər sağlıq uyarılarını saymayaraq başqa vətəndaşların canını təhlükəya atan insanların məzarlıqda olmalarının qabağını alacaq.

O xatırlatdı: Koronadan ölənlərin təşii və quylanması, keçmişdə olan kimi, ölünün yaxınlarına yasaqdır və təşii və quylama sürəci sağlıq protokollarına özəl olaraq yerinə gətiriləcək.

Fərrux Cəlali Koronadan ölənlərin sayısının yenidən artmasına görə uyarı verib, dedi: şəhər məzarlıqları izdihamdan və sosiyal məsafəni ruayət etməməkdən dolayı Korona yoluxmasına müsaid bölgə sayılır bu üzdən vətəndaşlardan istənilir yeni bildiriyə qədər bu yetlərdə hüzürları olmasın.